Просмотров 34,302
Video Adı: Haci Mubin - Gəldi dünyaya Zəhra
Video Link: rurun.info/zone/video/nZ2Jq6ZvmtaMZ4U
Sözləri
Gəldi dünyaya Zəhra
Kimdi bu cənnətin gülüzarı,
Kimdi bu xilqətin iftixarı,
Ətr alar gül üzündən çiçəklər,
Əl ayağın öpəllər mələklər.
Eşqin mizanı,
Ruhun reyhanı,
Yaxşılıqlar baharı.
Fatimə Mustafanın nigarı,
Fatimə Murtəzanın vüqarı,
Fatimə ismətin qəhrəmanı,
Fatimə izzətin asimanı.
Taha balası,
Şahlar anası,
Şanlı rehyanə Zəhra.
Hey Xədicə dodağından öpər,
Xatəmi Mürsəl yanağından öpər,
Səf çəkiblər mələklər qapıda,
Hamı bir-bir ayağndan öpər.
Eşqin mizanı,
Ruhun reyhanı,
Yaxşılıqlar baharı.
Etdi nurani dünyanı Allah,
Verdi Tahaya Zəhranı Allah,
Fatimə Yəsribin bi pənahı,
Fatimə göylərin padişahı.
Ərş əhli enib,
Aləm bəzənib,
Gəldi dünyaya Zəhra.
Rəsmi kanalımıza abunə olun 👇
wedia.link/UPbm1
Facebook 👇
wedia.link/4pLbA
instagram 👇
wedia.link/p3N5X
Tiktok 👇
wedia.link/C7OzV
Twitter 👇
wedia.link/ZuDU3
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
#hacimubin #geldidunyaya #zehra #klip