Просмотров 25,126
Pərviz Abdullayev & Seyyid Taleh - Sevincimiz Ramazan
"SÖZLƏRİ"
Ramazan insanlara ədaləti öyrədir
Dostuna, əzizinə məhəbbəti öyrədir
Ramazan gözəlliyin, imanın nidasıdır
Etdiyimiz dualar dilin haq sədasıdır
On bir ayın sultanı sevincimiz Ramazan
Aləmlərin Rəbbinə inancımız Ramazan
Ramazan süfrəsində ilahi bərəkət var
Uşaqların dilində dua tez qəbul olar
Canımız sağlam olur, vücudumuz tər-təmiz
Ramazan da dostluğu birdə dərk edirik biz
On bir ayın sultanı sevincimiz Ramazan
Aləmlərin Rəbbinə inancımız Ramazan
Söz : İkrəm Əliyev
Mus : Samir Şirinov
Rəsmi kanalımıza abunə olun 👇
wedia.link/UPbm1
Facebook 👇
wedia.link/4pLbA
instagram 👇
wedia.link/p3N5X
Tiktok 👇
wedia.link/C7OzV
Twitter 👇
wedia.link/ZuDU3
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTaleh #PervizAbdullayev #SevincimizRamazan
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!