Просмотров 41,439
Video Adı: Seyyid Bəhram Müəzzin - Ya Fatimətəz Zəhra
Söz : Nicat Nesri
Mus : anonim
Aranjiman : Feriborz Xatemi
Flute : Reza Kianpour
"SÖZLƏRİ"
Eşq(i) səmasından
Çöhrən nur saçar.
Adəmə zikrin həm
Cənnətə yol açar.
Sübhü şəfəqsən
Cilveyi-həqsən
Kani-səfasən təmam,
Ey cani-Peyənbər səlam.
Səlam, ey şə`ninə kövsər enən,
Ey xilqəti gündən əzəl
Ey sureyi-şəmsü qəmər,
Səlam, ey zati mübarək xanım,
Ey vasifi külli-mələk,
Ey mayəsi fövqəl-bəşər,
Şükr ola lütfündən
Nəsib olmuş bizə.
Ya Fatimeyi-Zəhra,
Səllallahu aleykə.
****
Xəstə könüllərçün
Mərhəmdir adın,
Hüsnünü xəlq etmiş
Mö`təbər ustadın.
Abi-şəfasan,
Rahi-Xudasan.
Ruhuna min ehtiram.
Ey cani-Peyənbər səlam.
Səlam, ey mehrü vəfa mə`dəni,
Ey həmdəmü yari-Əli,
Ey ümmi-Hüseynü Həsən.
Səlam, ey cövhəri-mə`nayi-eşq,
Ey zivəri-baği-behişt,
Ey şə`ni mütəhhər süsən.
Şükr ola lütfündən
Nəsib olmuş bizə.
Ya Fatimeyi-Zəhra,
Səllallahu aleykə.
***
Mənbəyi-ismətsən
Cümleyi-aləmdə.
Dərsi-həya keçdin
Hər kəsə hər dəmdə.
Elmi-ədəbsən,
Ali nəsəbsən,
Məzhəri-həqsən müdam,
Ey cani-Peyənbər səlam.
Səlam, ey aləmi heyran edən,
Ey sahibi-beyti-kərəm,
Ey gövhəri-gənci-həya.
Səlam, ey Zeynəbi-kübraya can,
Ey Məryəmü Saraya tac,
Ey rütbəsi Xeyrünnissa.
Şükr ola lütfündən
Nəsib olmuş bizə.
Ya Fatimeyi-Zəhra,
Səllallahu aleykə.
Rəsmi kanalımıza abunə olun 👇
wedia.link/UPbm1
Facebook 👇
wedia.link/4pLbA
instagram 👇
wedia.link/p3N5X
Tiktok 👇
wedia.link/C7OzV
Twitter 👇
wedia.link/ZuDU3
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #seyyidbehram #yazehra
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!